Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin ildən-ilə xalqlar və mədəniyyətlər arasında
əməkdaşlıq və dialoqu stimullaşdırmaq üçün xalqlar arasında qarşılıqlı anlaşma
və dinc yaşama dəyərlərini təbliğ
etdirir və bunu bir daha təsdiqləyir. Qlobal Bakı Forumu dialoq, əməkdaşlıq və
həmrəyliyi təşviq etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən siyasi, biznes
və akademik liderlərinin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən
beynəlxalq tədbirdir. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Foruma 60-dan
çox ölkədən 400-ə yaxın iştirakçı qatılır. Qlobal Bakı Forumu oxşar çağırışları
və məqsədləri paylaşan, bəşəriyyəti narahat edən problemlərlə əlaqədar yeni
yanaşma və həll yolları təqdim edən mühüm dialoq platformasıdır. Forum həm də
Azərbaycanın regionda lider kimi potensialını göstərməsi, mədəniyyətini və
tarixini təbliğ etməsi baxımından bir fürsətdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar
və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Cənab Prezidentimiz
Forumda çıxış edib. Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik
səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur.
Ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair
tövsiyələrdir. Dövlət başçımız Forumun
proqramı ilə tanış oldub. Proqram hər zaman olduğu kimi kifayət qədər genişdir.
Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı,
bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu
sırasındadır. Eyni zamanda, Prezidentimiz
Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin
xatirəsinə və irsinə olan dərin hörmətini bildirib. Nizami Gəncəvi Azərbaycanın
qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb,
yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı
Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Dövlət
başçımız bəzi mövzularla bağlı öz fikirlərini bildirib və bəzi məlumatları
bölüşüb. Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və
120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış
sədrliyini başa çatdırır. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının
təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə
sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o,
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə
toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın
ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər
paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr
məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına
üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Eyni zamanda,
biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu
məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə
Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Həkatın
Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. Biz bu ilin
sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik.
Bu günə
kimi baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Münaqişələrin həlli iki cür olur – dinc yolla
və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə
çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar
fəlakətə səbəb olmuşdur. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya
əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının
Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə
baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə
məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik
göstərdi. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla
razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, xüsusən də onun 51-ci maddəsindən
istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə
azad etdik. Bu, bizim legitim hüququmuz idi. Hazırda, təxminən iki il yarım
vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük
ərazini yenidən tikirik. Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar.
Biz nefti,
neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını
beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edirik. Avropanın
enerji xəritəsində mühüm dəyişiklik olacaq. Biz Avropanın enerji xəritəsini
neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl
enerjini təmin edəcək elektrik xətlərinindir. IX Qlobal Bakı Forumundan
indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə
və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və
külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl
nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya
və oyunçuya çevirəcək. Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın
gələcəyidir. Enerji sahəsində keçid olduqca sürətli gedir.
Martın 11-dək davam edən Forumda yeni dünya
nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün
təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın
qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran
çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, o
cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya
dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. Həmçinin qlobal
yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi
miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından
oldu. Biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə
çalışacağıq.
Aydın Əliyev,Xocalı rayon ziyalısı